Məqalə Təqdimatı
Məqalə Təqdimatı
Məqalənizi bizə göndərdiyiniz üçün təşəkkür edirik. Yalnız verilən təlimatlara uyğun olaraq hazırlanan məqalələr rəy və çap proseslərindən keçəcəkdir. Zəhmət olmasa, məqaləni jurnalın tələblərinə uyğun olaraq hazırlayın.
1. Məqalənin minimum həcmi 5 səhifə, maksimal həcmi 10 səhifə olmalıdır.
2. Məqalələrdə müəllif(lər)in adı, soyadı, işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı , varsa ORCID nömrələri də göstərməlidirlər.
3. Məqalələr Microsoft Word formatında (sətirlərarası interval − 1,5, şrift ölçüsü − 12, Times New Roman, kənarlar:
sağdan 2 sm, soldan 3 sm, aşağı və yuxarıdan 2 sm) təqdim edilməlidir.
4. Açar sözlər (3-5 söz) üç dildə başlıqdan sonra kursivlə verilir.
5. Məqalələrdə istinad və mənbələrin göstərilməsi vacibdir. İstinad və mənbələr aşağıdakı qaydada göstərilir:
a) İstinad olunmuş ədəbiyyatın nömrəsi və səhifəsi mətnin daxilində göstərilir (Məsələn: [1] və ya [1, s.119]);
b) Eyni mənbəyə təkrar istinad olunarsa, həmin mənbə istifadə olunmuş ədəbiyyat siyahısındakı nömrə ilə göstərilir;
c) İstinad olunan mənbə nəşr olunduğu dildə göstərilir. Son 5-10 ildə çap olunmuş əsərlərə üstünlük verilməsi tövsiyə olunur.
6. Jurnaldakı məqalələrə, fotoşəkillərə, cədvəllərə və rəqəmlərə mənbə göstərilmədən sitat gətirilə bilməz.
7. Məqalənin sonunda verilən ədəbiyyatın siyahısı əlifba ardıcıllığı ilə, yaxud mənbə mətndə müraciət ardıcıllığına
görə tərtib olunmalıdır. Ədəbiyyat siyahısı aşağıdakı kimi verilməlidir:
a. Kitablar: müəllif, nəşrin adı, nəşr olunduğu yer, nəşr olunduğu il.
b. Məsələn: Abbasov E.Ə. Mətnin linqvistik təhlili. Bakı: Elm və təhsil, 2017.
c. Jurnal və ya məcmuələr: müəllif, məqalənin adı, çap olunduğu nəşrin adı, nəşrin №-si, çap olunma tarixi, çap olunduğu səhifələr.
d. Məsələn: İsmayıllı Q.H. İngilis dilində suppletivlik // Filologiya məsələləri. 2016, №1, s.47-56.
e. Stampe D. Cardinal Number Systems // Papers from the 12th Regional Meeting. Chicago Linguistic Society, 1976, pp.594-609.
8. Məqalənin sonunda onun yazıldığı dildən başqa iki dildə (Azərbaycan, rus və ya ingilis dillərində) xülasələr
verilməlidir. Xülasələr identik və məqalənin məzmununa uyğun olmalı, məqalənin adı tam göstərilməlidir.
9. Məqalələrlə birgə onun aid olduğu sahə üzrə elmi dərəcəsi olan mütəxəssisin rəyi və müvafiq kafedra iclasının
protokolundan çıxarış təqdim olunmalıdır (yalnız Azərbaycandan olan müəlliflər üçün).
Redaksiya Şurası/Baş redaktor dərc edilmiş məqalələrə məqalənin bütövlüyünə xələl gətirməyəcək kiçik düzəlişlər
edə bilər. Dərc olunmuş məqalələrdə səslənən fikirlər və məqalənin hüquqi məsuliyyəti müəlliflərə məxsusdur.
Redaksiya heyəti tərəfindən dərc edilməsi məqsədəuyğun hesab edilən məqalələr müəlliflərindən elektron poçt
vasitəsilə qəbul edilir.